İldırım Sipəri və Yüksək Gərginlikdən Qoruyucusu Sistemlər

Tikili və sistemlərin ildırıma qarşı tam şəkildə qorunması yalnız ildırım sipəri, yüksək gərginlikdən qoruyucu sistem, torpaqlama və potensial örtük sistemlərinin əskiksiz və bir-birləri ilə uyğun şəkildə dizayn edilməsi şərti ilə mümkündür.
 
paratoner

1.İldırım sipəri Sistemləri (Aktiv ildırım sipərləri) :

Nəzarətsiz ildırım düşmələrinə qarşı havanı ionlaşdıraraq ildırım öz üzərindən torpağa ötürülməsini təmin edən, “müəyyən diametr” çərçivəsində qoruyucu sistemlərdir. Qorumanın diametr aralığı: ildırım sipərinin marka və modelindən əlavə, qorunacaq tikilinin fiziki xüsusiyyətləri, istifadə məqsədi və yerləşdiyi coğrafi mühit amillərindən asılı olaraq dəyişir.

Aktiv ildırım sipərləri tamamilə tikili və can təhlükəsizliyinin təmin edilməsi üçün olub, tikilinin içərisindəki hər hansı bir təchizatı qorumaq imkanına malik deyildir. Elektrik-elektron sistem və avadanlıqlarının qorunması yalnız “Daxili ildırım sipəri = A.G.Parafudr” olaraq adlandırılan yüksək gərginlikdən qoruma cihazları ilə mümkündür.

2.Gərginlik Sistemləri (Alçaq Gərginlikdən qoruyucu sistemləri) :

Alçaq gərginlik sistemlərində fazalar ilə torpaq və neytral sahə ilə torpaq arasında quraşdırılan yüksək gərginlikdən qoruyucu cihazlar zərbə aldığı zaman açıq dövrədən əlaqəyə keçərək yüksək axını öz üzərində söndürürlər. Başqa sözlə, sistemin məruz qalacağı zərbə gərginlikləri öz üzərinə götürür və torpaq əlaqəsi ilə dövrəni tamamlayırlar.

A.G. gərginlikdən qoruyucu sistemlər IEC 62305-4 standartlarına əsasən dizayn edilməldir. Bu çərçivədə əsas panellərdə Tip 1, ikinci dərəcəli panellərdə Tip 2, və həssas cihazların önündə Tip 3 şəklində qorumanın həyata keçirilməsi tövsiyə edilir. Beləliklə, ildırım və şəbəkədən qaynaqlanan yüksək gərginliklərin pilləli şəkildə təsirinin itirilməsi və sistemlərin böyük ölçüdə qorunması təmin ediləcəkdir.
 
İldırım təbii fəlakətdir. Dünya çərçivəsində heç bir ildırımdan qoruma metodu ildırımdan meydana gələcək zərərlərə görə tam zəmanət vermir. Dünyaca məşhur Sığorta Şirkətlərinin də baş bəlası olan bu məsələ haqqında şirkətimizin təcrübələri “Maksimum tədbir, minimum risk” anlayışı ilə sabitdir.

Bir Üst Səhifə