Baumann

2008-ci ildə yaradılan InterBauman Azərbaycana gələnə qədər təhlükəsizlik sektorunda bir çox layihələr həyata keçirmişdir. 2013-cü ildən etibarən Baumann firması ilə birləşərək, təhlükəsizlik və SCADA avtomatlaşdırma sahəsində Azərbaycan bazarında fəaliyyət göstərməyə başlamışdır.

 

«Baumann» kimdir?

1995-ci ildən etibarən “KODOS” markası altında elektron təhlükəsizlik avadanlıqları və proqram təminatı üzrə istehsal, satış, tətbiq, texniki xidmətlər üzrə fəaliyyət göstərən Soyuz Spetz Avtomatika Ltd. Şti. Rusiya, Orta Asiya ölkələri və Almaniyadakı investisiya yatırımları ilə bərabər, 2005-ci ildə Türkiyəyə də investisiya yatırmaq qərarına gəlmişdir.
İnvestisiya yatırmaq barədə qərara gəldikdən sonra, 2005-ci ilin aprel ayında həmin şirkət mərkəzi ünvanı Antaliyada olmaqla, “Baumann Elektronik Güvenlik Sistemleri Ltd. Şti.” adı altında fəaliyyətə başlamışdır.

Baumann Elektronik Güvenlik Sistemleri Ltd. Şti.-nin əsas fəaliyyət sahəsi qabacqıl texnologiyalar vasitəsi ilə elektron təhlükəsizlik sistemləri və proqram təminatlarını istehsal etməkdən ibarətdir.
Hal-hazırda Rusiyada Moskva Universitetinin təhsil işçiləri və tələbələrin iştirakı nəticəsində yaradılan AR-GE bölümünün həyata keçirdiyi istehsal fəaliyyəti Türkiyədə də nümunəvi model olaraq tətbiq edilmişdir.
AR-GE-nin fəaliyyəti nəticəsində Türkiyədə istehsal edilməyən təhlükəsizlik və SCADA avtomatlaşdırma, təchizat və proqram təminatı məhsullarının Türkiyədə istehsalı planlaşdırılır.